BƏƏ Ordusu İrandan atılan dörd raket və 25 dronu zərərsizləşdirib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri martın 22-də İrandan atılan dörd ballistik raket və 25 pilotsuz uçuş aparatını ələ keçirib.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə BƏƏ Müdafiə Nazirliyinin "X"də dərc olunmuş gündəlik hesabatında bildirilir.
Qeyd olunur ki, gərginliyin başlanğıcından bəri ölkənin hava hücumundan müdafiə qüvvələri 345 ballistik raket, 15 qanadlı raket və 1 773 dronu zərərsizləşdirib.
Hücumlar nəticəsində səkkiz nəfər iki hərbçi və altı mülki şəxs həlak olub. Ölənlər arasında Banqladeş, Nepal, Pakistan və Fələstin vətəndaşları da var.
Yaralananların sayı 160 nəfərə çatıb. Onların arasında təxminən otuz ölkənin vətəndaşları da var.
Müdafiə Nazirliyi vurğulayıb ki, son 24 saat ərzində zərbələr nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Oxşar xəbərlər
BƏƏ İranın hücumları başlayandan bəri 341 ballistik raketi zərərsizləşdirib
BƏƏ İrandan buraxılan 1748 PUA-nı məhv etdi
BƏƏ-nin HHM sistemləri İranın 6 raketini və 21 PUA-sını vurub
İrandan İsrailə 27 ballistik raket atılıb, 86 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
