"Ynet": İranın Arada raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb
sizinxeber.az xəbər saytı

"Ynet": İranın Arada raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb


İsrailin cənubunda yerləşən Arad şəhərinin yaşayış məhəlləsinə İran raketinin zərbəsi nəticəsində azı 42 nəfər xəsarət alıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Magen David Adom" milli təcili tibbi yardım xidmətinə istinadən yerli "Ynet" portalı məlumat yayıb.

Məlumata görə, xəsarət alanlardan beşinin vəziyyəti ağır olaraq qiymətləndirilir, daha 12 nəfər isə orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Nəşr bildirib ki, mərmi yaşayış binalarının arasındakı açıq əraziyə düşüb.

İsrail Müdafiə Qüvvələri (İMQ) qeyd edib ki, raket, Dimonaya endirilən zərbədə olduğu kimi, kaset döyüş başlığı ilə təchiz edilməyib, hazırda hərbçilər ələkeçirmə sisteminin onu niyə zərərsizləşdirə bilmədiyini araşdırırlar.

Oxşar xəbərlər

İsrailin Dimona şəhərinə endirilən raket zərbəsi nəticəsində 40-a yaxın şəxs xəsarət alıb
İsrailin Beer-Şeva şəhərində İran raketinin düşməsi nəticəsində azı üç nəfər ölüb
Livandan açılan atəş nəticəsində İsraildə 10 nəfər yaralanıb
İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində 2 nəfər, 21 nəfər yaralanıb – YENİLƏNİB
İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb – YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər