İsrailin Dimona şəhərinə endirilən raket zərbəsi nəticəsində 40-a yaxın şəxs xəsarət alıb
sizinxeber.az xəbər saytı

İsrailin Dimona şəhərinə endirilən raket zərbəsi nəticəsində 40-a yaxın şəxs xəsarət alıb


İsrailin cənubunda yerləşən Dimona şəhərinə endirilən raket zərbəsi nəticəsində azı 39 nəfər xəsarət alıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Magen David Adom" milli təcili tibbi yardım xidmətinin məlumatında deyilir.

Məlumata görə, yaralılar arasında vəziyyəti ağır qiymətləndirilən bir uşaq da var.

Dimona ölkənin cənubunda, İsrailin Milli Nüvə Tədqiqatları Mərkəzinin yerləşdiyi Negev səhrasında yerləşir.

Daha əvvəl İranın Dövlət Televiziyası (IRIB) bildirib ki, Dimonaya hücum Natanzdakı nüvə obyektinə endirilən zərbəyə cavab olaraq həyata keçirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Oxşar xəbərlər

İsrail ordusu: İran raketlərinin zərərsizləşdirilməsi üzərində iş aparılır
İran Ras-Laffandakı sənaye obyektlərinə yenidən zərbə endirib
Makron Pezeşkianla telefon danışığının detallarını açıqlayıb
İranda ABŞ və İsrailin hücumları nəticəsində yaralananların sayı 20 mini keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər