Merts: Avropa İttifaqı Yaxın Şərqdəki münaqişənin həllinə dəstək verməyə hazırdır
sizinxeber.az xəbər saytı

Merts: Avropa İttifaqı Yaxın Şərqdəki münaqişənin həllinə dəstək verməyə hazırdır


Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki münaqişənin nizamlanmasına kömək göstərməyə hazırdır, lakin hərbi əməliyyatların dayandırılması əsas şərt olaraq qalır.

"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Brüsseldə Aİ ölkələrinin dövlət və hökumət başçılarının sammiti başlamazdan əvvəl bildirib.

Onun sözlərinə görə, regiondakı eskalasiya Avropada və dünyada enerji daşıyıcılarının qiymətlərinin artmasının əsas səbəbi olub. "Biz enerjinin qiymətlərinin kəskin artımını görürük və bunun əsas səbəbi Yaxın Şərqdə hadisələrin inkişafıdır", - o vurğulayıb.

Almaniya kansleri qeyd edib ki, Aİ vəziyyətin sabitləşməsində iştirak etməyə hazır olduğuna dair aydın siqnal göndərməlidir, lakin real addımlar yalnız hərbi əməliyyatlar dayandırıldıqdan sonra mümkündür.

Oxşar xəbərlər

Almaniya kansleri: Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır
Fridrix Merts: İran ətrafındakı münaqişəni hərbi yolla həll etmək olmaz
Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib
Almaniya kansleri: ABŞ ilə sövdələşmədən daha çox güzəştlər gözləyirdim

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər