Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
sizinxeber.az xəbər saytı

Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb


Avropa İttifaqı (Aİ) və İslandiya təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq haqqında saziş imzalayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında məlumat verib.

"Aİ və İslandiya yaxın dostlardır. Bizi ümumi təhlükəsizlik və ortaq problemlər birləşdirir. Bu gün Aİ ilə İslandiya arasında təhlükəsizlik və müdafiə sahəsində imzalanan tərəfdaşlıq sazişi münasibətlərimizi yeni səviyyəyə çıxarır", - o yazıb.

Bununla yanaşı, Kallas əlavə edib ki, bu saziş Aİ ölkələri və İrlandiya vətəndaşlarının təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən sahələrdə, o cümlədən dəniz təhlükəsizliyi, kritik əhəmiyyətli infrastrukturun qorunması kimi istiqamətlərdə əməkdaşlığı dərinləşdirəcək.

"Bu, həm Aİ, həm də İslandiyanın qələbəsidir", - o vurğulayıb.

Oxşar xəbərlər

Aİ və Cənubi Koreya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı razılaşdırıblar
İslandiya və Aİ müdafiə sahəsində tərəfdaşlıq üzrə danışıqlara başlayacaq
İslandiya Qrenlandiyaya görə müdafiə strategiyasını dəyişmək niyyətindədir
Kaya Kallas sabah Türkiyəyə səfər edəcək
Kaya Kallas: Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər