Ukrayna Yaxın Şərqə PUA əleyhinə 200-dən çox hərbi mütəxəssis göndərib
sizinxeber.az xəbər saytı

Ukrayna Yaxın Şərqə PUA əleyhinə 200-dən çox hərbi mütəxəssis göndərib


Ukrayna Prezidenti Volodimir Zelenski dron hücumlarına qarşı mübarizə aparmaq üçün Yaxın Şərqə 200-dən çox hərbi mütəxəssisin göndəriləcəyini açıqlayıb.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, o, bunu Böyük Britaniya Parlamentində çıxışı zamanı bildirib.

"Hazırda Yaxın Şərq və Fars körfəzi bölgəsində 201 ukraynalı var. Daha 34 nəfər yerləşdirilməyə hazırdır. Bunlar hərbi mütəxəssislərdir, necə müdafiə olunacağını və "Şahed" dronlarına qarşı necə kömək edəcəyini bilən mütəxəssislərdir. Komandalarımız artıq Birləşmiş Ərəb Əmirliklərdə, Qətərdə və Səudiyyə Ərəbistanındadır və Küveytə gedirlər. Biz bir neçə başqa ölkə ilə əməkdaşlıq edirik - artıq razılaşmalar bağlanıb", - deyə Zelenski bildirib.

Oxşar xəbərlər

Zelenski: ABŞ Baydenin Ukraynaya vəd etdiyi 20 min raketi Yaxın Şərqə göndərib
Zelenski: ABŞ Ukrayna üçün nəzərdə tutulan 20 min raketi Yaxın Şərqə göndərib
Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə dron əleyhinə "Octopus" aparatlarını verə bilər
Zelenski: İldə 8 milyon dron istehsal edə bilərik, lakin maliyyə problemlərimiz var
Zelenski: Yaxın aylarda Yaxın Şərqdə vəziyyət daha da gərginləşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər