Rebekа Qrinspan: Dünya qlobal böhranın astanasındadır
sizinxeber.az xəbər saytı

Rebekа Qrinspan: Dünya qlobal böhranın astanasındadır


Dünya qlobal böhranın astanasındadır və indi BMT üçün hərəkətə keçmək vaxtıdır.

"Sizinxeber.az"un məlumatına görə, bunu BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebekа Qrinspan XIII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal turbulentliyə reaksiya" mövzusunda sessiyanın açılışında bildirib.

"Hesab edirəm ki, BMT-nin hərəkət etməsi üçün kritik məqamdır. Biz qlobal böhranın astanasındayıq və bu böhran yenə ən həssas ölkələrə zərbə vuracaq. Onlar yalnız enerji problemləri ucbatından deyil, həm də gübrə və ərzaq qiymətlərinin artması səbəbindən zərər çəkəcəklər. Gübrə tədarükü ilə bağlı problemlər gələcəkdə ciddi ərzaq böhranına gətirib çıxara bilər", - R.Qrinspan qeyd edib.

Onun sözlərinə görə, 80 il ərzində BMT və onun xidmət etdiyi dövlətlər davamlı sülh yolunda böyük irəliləyiş əldə ediblər: "Milyardlarla insan yoxsulluqdan çıxarılıb, təcili humanitar yardım göstərilib, kövrək atəşkəs rejimləri qorunub, qarşılıqlı faydalı əməkdaşlıq formatları yaradılıb".

Oxşar xəbərlər

UNCTAD-ın Baş katibi: Bərpa olunan enerji 80 faizə çatdırılmasa, iqlim böhranı qalacaq
Silyonovska-Davkova: Qlobal Bakı Forumu aktual problemlərin həlli yollarının axtarışına kömək edəcək
BMT yaxınlaşan qlobal fəlakət barədə xəbərdarlıq edib
ÜTT: ABŞ-Çin ticarəti 80 % azalacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər