

Silyonovska-Davkova: Qlobal Bakı Forumu aktual problemlərin həlli yollarının axtarışına kömək edəcək
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyonovska-Davkova Qlobal Bakı Forumunun təkcə dialoq üçün mühüm platforma deyil, həm də aktual qlobal problemlərin həlli yollarını tapmaq üçün səmərəli vasitə olacağına əminliyini ifadə edib.
“Report” xəbər verir ki, o, bunu XII Qlobal Bakı Forumunun açılışında bildirib.
"Əminəm ki, burada aparılan müzakirələr təkcə ideya mübadiləsinə deyil, həm də sülh, təhlükəsizlik və davamlı inkişafın təmin edilməsinə yönəlmiş konkret qərarların qəbul edilməsinə töhfə verəcək", - prezident qeyd edib.
Xatırladaq ki, martın 13-15-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir. Foruma 400-ə yaxın nüfuzlu siyasətçi, Nobel mükafatı laureatı, alim və ekspert qatılıb. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur.
Oxşar xəbərlər
Şimali Makedoniya Prezidenti: Azərbaycanla tərəfdaşıq və bunu inkişaf etdirmək niyyətindəyik
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
XII Qlobal Bakı Forumu keçirilir
Albaniya Prezidenti: Bakı forumu qlobal çağırışlar fonunda əhəmiyyətli hadisədir
İlham Əliyev: Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fox News Kiyevi Rusiya şəhəri adlandırıb: XİN reaksiya verir
-
WSJ: Tramp strategiyasında köklü dəyişikliklər edib
-
Uitkoff Romada ABŞ – İran danışıqlarından sonra Qrossi ilə görüşüb
-
ABŞ husilərin Sənadakı mövqelərinə 21 zərbə endirib
-
İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq
-
Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verildi
