Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
sizinxeber.az xəbər saytı

Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib


Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, Baş prokuror Kamran Əliyev çıxışında Ulu Öndərin fəaliyyətinə diqqət çəkib.

Kamran Əliyev həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə orqanlarının inkişafı və müasirləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Baş prokuror qeyd edib ki, dünyada, regionda gedən proseslər narahatlıq doğurur, belə bir çətin şəraitdə dövləti qorumaq sadə məsələ deyil.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev ölkədə görülən quruculuq işlərindən söz açıb, Qarabağda həyata keçirilən işlərə toxunub:

"Qarabağ və Şərqi Zəngəzur bölgəsində tarixi, dini abidələrin restavrasiyası milli memarlıq ənənələrinin qorunması istiqamətində mühüm addımdır. Eyni zamanda bərpa-qurucuçiq işləri çərçivəsində işğaldan azad edilmiş ərazilərdə prokurorluq orqanları üçün yeni inzibati binalar qurulub".

Vüsal Əliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsinin ölkənin dünyada arta nüfuzunun göstəricisi olduğun da söyləyib.

Oxşar xəbərlər

Kamran Əliyev: Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və konstitusiya quruculuğunun banisi kimi rolu əvəzsizdir
Azərbaycanın Belarusdakı səfirliyi Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub
Baş prokuror: 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını yaradıb
FHN-in Sumqayıt Regional Mərkəzində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər