Ankarada Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Ankarada Heydər Əliyev adına orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
"Sizinxeber.az"un Türkiyə bürosunun xəbin verir ki, tədbirdə diplomatlar, Ankaranın Yenimahalle Təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları, iki ölkənin ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Məktəbin direktoru Ahmet Sürezli H.Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafında, ölkənin beynəlxalq nüfuzunun artmasında göstərdiyi xidmətləri vurğulayıb:
"Heydər Əliyevin qoyduğu prinsip bu gün Azərbaycan-Türkiyə qardaşlığının əsasını təşkil edir. Bu dostluq əbədi davam edəcək və bu qardaşlıq əlaqələri bütün türk dünyasında örnəyə çevrilib".
Yenimahalle Təhsil şöbəsinin müdiri Erhan Pelitoğlu H.Əliyevin təhsilə xüsusi qayğısından bəhs edib. O, Ulu Öndərin "Bir millət, iki dövlət" deyimini xatırladaraq bildirib ki, H.Əliyevin böyük xidmətləriylə türk dünyasının Orta Asiyaya qədər uzanan bağları dərin köklərə malik sivilizasiyanın ən güclü miraslarındandır:
"Heydər Əliyevin böyük xidmətləri ilə 1990-cı illərdə qurulan bu güclü qardaşlıq bağı günümüzədək mümkün qədər güclü şəkildə davam edib və gələcəkdə də eyni qətiyyətlə davam edəcək".
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova çıxışında bildirib ki, sosial çətinliklərin, texnoloji və iqtisadi imkanların zəif olduğu dövrdə belə Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək xüsusilə istedadlı və savadlı gənclərin yetişməsinə böyük önəm verib:
"Sonralar bu gənclər müstəqil Azərbaycanın qurulmasında və inkişafında çox böyük xidmətlər göstəriblər. Onlar yalnız Azərbaycanın deyil, eyni zamanda Türkiyənin də yetişdirdiyi gənclərin ortaq uğurudur. Ulu Öndər Heydər Əliyev türkləri yalnız qardaş deyil, özünün bir parçası kimi görüb. Bu davranış Azərbaycan dövlətinin siyasətində hələ də əks olunur. Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti müstəqilliyini bərpa etdikdən sonra ölkənin üzləşdiyi təhdid və çətinliklərin öhdəsindən gəlməyə imkan verib".
Sonra məktəbin şagirdlərinin ifasında Ulu Öndərin xatirəsinə həsr olunmuş bədii proqram təqdim olunub.
Oxşar xəbərlər
Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Azərbaycanın Belarusdakı səfirliyi Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib
SOCAR Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
