Türkiyə ilə inteqrasiya edilmiş sərhəd məntəqəsinin yaradılması imkanları təhlil ediləcək
Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması ilə bağlı 2025-ci il üçün Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, yol xəritəsinə görə, cari ilin 1 may tarixinə qədər Azərbaycanın Türkiyə Respublikası ilə inteqrasiya edilmiş sərhəd buraxılış məntəqəsinin yaradılması imkanlarının təhlil edilməsi və nəticələri barədə arayışın Komissiyaya təqdim edilməsi planlaşdırılır.
Qeyd edək ki, bu ilin 1 noyabr tarixinə qədər idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahəsi üzrə fəaliyyətlərin rəqəmsallaşdırılması istiqamətində “Elektron Bir Pəncərə” informasiya sisteminin yaradılması, 1 dekabr tarixinə qədər isə dövlət qurumlarının “Elektron Bir Pəncərə” informasiya sisteminə inteqrasiya edilməsi gözlənilir.
Eyni zamanda 1 sentyabr 2025-ci il tarixinə qədər logistika xidməti sahəsini tənzimləyən vahid normativ hüquqi akt layihəsinin imzalanması prosesinin sürətləndirilməsi və gömrük dəyərinin dəqiq, dürüst və qüvvədə olan qanunvericilik çərçivəsində rəqəmsal həllər əsasında müəyyənləşdirilməsi ilə bağlı “Rəqəmsal Gömrük Dəyəri” sisteminin tətbiqi və təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görülüləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupu”na rəhbərliyi Dövlət Gömrük Komitəsi sədr müavini Natiq Şirinov həyata keçirir.
Oxşar xəbərlər
“Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsi təsdiq edilib
Saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanmasının son tarixi açıqlanıb
Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun iclası keçirilib
Qadınların əmək hüquqlarının pozulmasına dair məlumatlar açıqlanacaq
"Ticarət informasiya portalı”nın gələn il fəaliyyətə başlaması planlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













