“Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsi təsdiq edilib
sizinxeber.az xəbər saytı

“Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsi təsdiq edilib


Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.

APA-Economics” xəbər verir ki, yol xəritəsinə görə, cari ilin 1 may tarixinə qədər aşağı gərginlik də daxil olmaqla bütün növ daxili elektrik quraşdırma işlərinin lisenziyalı şirkətlər tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübə öyrənilməklə, müvafiq dəyişikliklərin ölkədə tətbiqi imkanlarının araşdırılması və təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi planlaşdırılır.

Qeyd edilib ki, eyni zamanda elektrik dirəkləri, yerüstü və ya yeraltı kabellər, su və qaz boruları, eləcə də telefon xətləri kimi infrastrukturun birgə tikintisinin koordinasiyası üzrə beynəlxalq təcrübənin və müvafiq qanunvericilik aktlarında mövcud vəziyyətin araşdırılması, ediləcək dəyişikliklərin müvafiq sahəyə təsirləri qiymətləndirilməklə təkliflərin hazırlanaraq Komissiyaya təqdim ediləcək.

15 may tarixinə qədər mövcud elektrik enerjisi paylayıcı şəbəkəsini özündə əks etdirən məlumat bazasının ictimaiyyətə açıq olması ilə bağlı beynəlxalq təcrübə öyrənilməklə, müvafiq dəyişikliklərin ölkədə tətbiqi imkanlarının araşdırılması və təkliflərin hazırlanaraq Komissiyaya təqdim ediləcək.

Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupu”na rəhbərliyi Azərbaycan Respublikasının energetika nazirinin müavini Samir Vəliyev həyata keçirir.

Oxşar xəbərlər

Azərbaycana internet sahəsi üzrə cari ilin hədəfləri müzakirə edilib
“İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun iclası keçirilib
“Biznesin müflisləşməsi” İşçi qrupunun vəkillərlə görüşü keçirilib
“Biznesin müflisləşməsi” İşçi qrupunun auditorlarla görüşü keçirilib
“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle