Bolonyada “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının  təqdimatı keçirilib
sizinxeber.az xəbər saytı

Bolonyada “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib


İtaliyanın Bolonya şəhərində dünyanın ən əhəmiyyətli kitab sərgilərindən biri keçirilib.

Sizinxeber.az xəbər verir ki, 62-ci dəfə keçirilən bu beynəlxalq sərgidə ölkəmiz xüsusi stendlə təmsil olunub.

Sərgi günlərində Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının təqdimatı da keçirilib. Sərginin işində iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri qonaqlara kitabı təqdim edərək iştirakçılara kitab haqqında geniş məlumat veriblər.

Qeyd edək ki, bu kitabda Vətən müharibəsində qazanılan şanlı Qələbənin memarı kimi Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, yüksək intellekti, dahi sərkərdəlik qabiliyyəti əksini tapıb. Kitab 10 xarici dilə tərcümə edilib və bir sıra xarici dövlətlərdə təqdimatı keçirilib.

Oxşar xəbərlər

Əlcəzairdə Qarabağ müharibəsi və Prezident İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətən müharibəsi tarixinə həsr olunan yeni kitab nəşr edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astanada Zəfər Gününə həsr edilmiş kitabın təqdimatı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Eldar Əzizov Kocaeli Böyük Şəhər Bələdiyyə Başkanı ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər