

“Ulduz” jurnalının Ankarada xüsusi buraxılışı çıxıb
“Ulduz” jurnalının xüsusi buraxılışı Türkiyənin Ankara şəhərində, “Gənc Ürəklər” dərgisində oxuculara təqdim edilib.
Sizinxeber.az xəbər verir ki, “Gənc ürəklər” dərgisinin 14-cü (Qış, dekabr-yanvar-fevral 2025) sayında “Ulduz” jurnalının təqdimatı ilə azərbaycanlı şair və yazarların əsərləri yer alıb.
“Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs bildirib ki, bundan əvvəl - 2024-cü ilin sentyabr ayında “Gənc ürəklər” dərgisinin xüsusi buraxılışı Azərbaycanda - “Ulduz” jurnalında çap olunub.
““Bir millət, iki dövlət” devizindən çıxış edərək, yazıların Azərbaycan türkcəsinə uyğunlaşdırılmasına ehtiyac görmədik, necə göndərilmişdisə, elə də çap olundu.
İndi isə “Ulduz” jurnalının Ankaradakı xüsusi sayı çap edilib. Bu, hər birimiz üçün çox sevindirici haldır. Əsasən də ona görə ki, bu, ilkdir. İlk dəfə Azərbaycan dərgisi Türkiyədə olduğu kimi çap edilir, eləcə də Türkiyədəki dərgi Azərbaycanda olduğu kimi yayımlanır. Burdakı proses orada da oldu. Yəni, əsərlər Azərbaycan türkcəsində olduğu kimi yayımlandı. Bu yaradıcı əməkdaşlığımızın davamlı olmasını arzulayıram. İstərdim ki, ayrıca olaraq Azərbaycanın gənc yazarlarına həsr olunmuş xüsusi buraxılışı da Ankarada çap etdirək”.
Qeyd edək ki, “Ulduz” jurnalının xüsusi sayının təqdimatının keçiriləcəyi gözlənilir.
Oxşar xəbərlər
“Ulduz”un sentyabr sayı Türkiyənin “Genç Yürekler” dərgisinə həsr olunub
“Ulduz” jurnalının növbəti sayı işıq üzü görüb
“Ulduz” jurnalının iyul-avqust sayı işıq üzü görüb
“Ulduz” jurnalının Füzulinin 530 illiyinə həsr olunmuş xüsusi sayı çap olunub
KİV: İki naməlum mənşəli ulduz "qala dəlik" ətrafında fırlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin xaos yaradır: Kreml Bakıya qara təbliğata başladı
-
Nazirin səsindən istifadə edildi, iş adamları hədəf alındı
-
Azərbaycan-Rusiya münasibətləri: Təyyarə hadisəsi, miqrantlara təzyiqlər və "Rus Evi"nin bağlanması
-
Qərbi Azərbaycan Xronikası: Mxitaristlər ermənilərin keçmişinə dair saxta tarix yazıblar
-
Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alan var
-
İsrailin müdafiə naziri HƏMAS-ı Qəzza razılaşmasını pozmaqda ittiham edib
