Vaqif Poeziya Günləri çərçivəsində poeziya saatı keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

Vaqif Poeziya Günləri çərçivəsində poeziya saatı keçirilib - FOTO


Vaqif Poeziya Günləri çərçivəsində poeziya saatı keçirilib.

Sizinxeber.az-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, tədbir zamanı Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabının təqdimatı olub.

Tədbirdə çıxış edənlər Vaqif Poeziya Günlərinin illərdir ədəbiyyatsevərləri bir araya gətirən mühüm mədəni hadisə olduğunu vurğulayıblar. Bildirilib ki, bu gün Şuşada poeziya təkcə oxunmur, həm də hiss olunur, yaşayır, yaddaşlara köçür. Poeziyanın beşiyi sayılan Şuşada belə tədbirlərin keçirilməsi xalqımızın ədəbi-mədəni həyatında xüsusi əhəmiyyət daşıyır.

Çıxışlarda Anarın təqdim olunan kitabı haqqında da fikirlər səsləndirilib. Qeyd olunub ki, bu əsər təkcə ailə salnaməsi deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini birləşdirən ədəbi körpüdür. Kitabda yer alan yazıçılar və şairlər Azərbaycanın söz sənətində iz qoymuş, cəmiyyətin mənəvi həyatına yön vermiş şəxsiyyətlərdir.

Kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını deyil, həm də Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yaradıcılığını eyni ideya-estetik məcraya qoşaraq, onları vahid ədəbi axında birləşdirib. Beləliklə, bu əsəri ən yeni ədəbiyyatın milli paradiqması kimi təqdim edib.

Kitada müxtəlif illərdə yazıçı Anarın poetik yaradıcılığından nümunələr bir araya gətirilərək kitab halında təqdim olunub.

608 səhifəlik bu nəşr Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu tərəfindən fəaliyyəti bərpa olunmuş “Yazıçı” nəşriyyatında çap olunub.

Qeyd edək ki, kitabın ön sözünün müəllifi akademik Nizami Cəfərov, nəşriyyat redaktoru isə yazıçı Varisdir.

Oxşar xəbərlər

Şuşada Vaqif Poeziya Günləri keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada konsert proqramı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tovuzda maşın aşıb, xəsarət alanlar var - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada müasir Azərbaycan şairəsinin yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər