Azərbaycanın turizm potensiyalı Serbiyada təqdim edilib
Azərbaycan Turizm Bürosu Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycanı ilboyu cəlbedici turizm istiqaməti kimi tanıtmaq məqsədilə tədbir təşkil edib.
Bu barədə "Sizinxeber.az"a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Agentliyin sədri Fuad Nağıyev, Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev, Serbiyanın Turizm və Gənclər Nazirliyinin dövlət katibi Nikola Miyayloviç, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) nümayəndələri, eləcə də hər iki ölkənin turizm sənayesi və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən F. Nağıyev qeyd edib ki, Azərbaycan və Serbiya arasında münasibətlər dövlət başçılarının rəhbərliyi ilə formalaşmış güclü dostluq və strateji tərəfdaşlığa əsaslanır. O bildirib ki, qarşılıqlı vizasız rejim, həyata keçirilən birgə təşəbbüslər və Bakı-Belqrad arasında birbaşa aviareysin istifadəyə verilməsi iki ölkə arasında turizm əlaqələrinin inkişafına, turist mübadiləsinin artmasına və işgüzar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Tədbir çərçivəsində keçirilən B2B formatlı görüşlərdə 8 yerli turizm sənayesi nümayəndəsi, eləcə də "Air Serbia" təmsilçiləri daxil olmaqla Serbiyadan 30-a yaxın turizm şirkətinin nümayəndəsi iştirak ediblər. Seminar zamanı Azərbaycanın turizm məhsulları təqdim olunub, ölkənin ilboyu səyahət üçün cəlbedici istiqamət kimi təşviqi və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Eləcə də Serbiya media nümayəndələrinin iştirakı ilə brifinq keçirilib, Azərbaycanın turizm məhsulları və potensialı haqqında ətraflı məlumat verilib.
Xatırladaq ki, mayın 3-dən etibarən "Air Serbia" tərəfindən Bakı-Belqrad marşrutu üzrə həftədə iki dəfə birbaşa uçuşlar həyata keçirilir. Bakı-Belqrad marşrutu istifadəyə verildiyi gündən etibarən yüksək tələbatla qarşılanıb və reysin orta doluluq göstəricisi 87 % təşkil edib.
Oxşar xəbərlər
Fuad Nağıyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının konqresində iştirak edəcək
Azərbaycanda yay turizm mövsümünə start verilib
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm əlaqələri müzakirə olunub
Azərbaycanın turizm imkanları Pakistanda nümayiş etdirilib
Rusiyada Azərbaycanın turizm nümayəndəliyinin açılışı olub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Sabah Şəkinin iki kəndində qaz kəsiləcək
-
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
