Gürcüstanda soydaşlarımız üçün təmənnasız hüquqi yardım aksiyası keçirilib
sizinxeber.az xəbər saytı

Gürcüstanda soydaşlarımız üçün təmənnasız hüquqi yardım aksiyası keçirilib


Marneulidə yaşayan soydaşlarımız üçün təmənnasız hüquqi yardım aksiyası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə vətəndaşlara təmənnasız hüquqi yardım göstərilib.

Aksiya, “Azərbaycan Evi” ilə “Qanun" Hüquqi Yardım Mərkəzi arasında imzalanmış memorandum əsasında həyata keçirilib.

Aprelin 26-da olan hüquqi qəbulda mərkəzin rəhbəri, vəkil Əli Bədirov və hüquqşünas Şamil Şamilov əvvəlcədən qeydiyyatdan keçmiş Marneuli sakinlərini qəbul ediblər. Ümumilikdə on ikinci qəbul günündə 6 nəfər Gürcüstan vətəndaşı dinlənilib.

Qəbul zamanı vətəndaşların ədliyyə orqanlarına hüquqi prosedurların təmin olunması, ailə və məişət zorakılığı, məhkəmə proseslərinin sürətləndirilməsi, mülkiyyət və torpaq məsələləri, eləcə də qanunsuz cərimələrin ləğvi kimi müxtəlif problemləri ilə bağlı ərizələr hazırlanaraq müvafiq dövlət qurumlarına – Gürcüstan Prezidenti, Baş Prokurorluq və məhkəmə-hüquq orqanlarının elektron ünvanlarına göndərilib.

Qəbul günlərinin davam etdiriləcəyi və soydaşlarımızın bu xidmətdən faydalana biləcəyi bildirilib. Qəbula yazılmaq istəyənlər +995 599 10 96 90 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bu təşəbbüs Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi və hüquqi maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Rustavidə də Təhsil və Mədəniyyət Mərkəzində azərbaycanlı icma üzvləri üçün təmənnasız hüquqi xidmət fəaliyyətə başlayıb. Bu barədə hüquqşünas və vəkil Rövşən Ziyadəliyev məlumat verib.

Onun sözlərinə görə, layihə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində Rustavi şəhəri və ətraf kəndlərdə yaşayan soydaşlarımıza hüquqi yardım göstəriləcək.

Sakinlər hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək Mərkəzin ofisinə gələrək hüquqi məsələlərlə bağlı vəkil Rövşən Ziyadəliyevə müraciət edə bilərlər.

Oxşar xəbərlər

Vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstəriləcək
Anar Bağırov: Dövlət hesabına hüquqi yardım üçün vəkillərə ödənilən vəsait qənaətbəxş deyil
Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət vəsaiti hesabına hüquqi yardım göstəriləcək
Gürcüstanda siyasi partiyalara xarici dəstək məhdudlaşdırılır
Rusiya XİN Litva ilə hüquqi yardım haqqında sazişə xitam verildiyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle