Şamaxıda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
“Konstitusiya və Suverenlik İli”, “İnsan Hüquqları Aylığı” və Milli Qurtuluş Günü çərçivəsində Vəkillər Kollegiyası (VK) tərəfindən aztəminatlı və həssas əhali qruplarına yönəlmiş sosial hüquqi aksiyalar davam etdirilir.
"Sizinxeber.az" xəbər verir ki, iyunun 14-də Kollegiyanın və Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Şamaxı rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.
Aksiyanın əsas məqsədi regionlarda əhalinin hüquqi maarifləndirilməsi, hüquq məsləhətlərinin əlçatanlığının artırılması və hüquqların müdafiəsinə dair institusional dəstəyin gücləndirilməsi olub.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında “Pro Bono” Vəkil Bürosunun təcrübəli vəkilləri və sözügedən rayonda fərdi qaydada fəaliyyət göstərən Tural Baloğlanov tərəfindən 20 sakinin hüquqi müraciətləri dinlənilib, fərdi qaydada qəbul təşkil olunub.
Aksiya zamanı vətəndaşlar ailə hüququ, mülki mübahisələr, əmək münasibətləri, sosial təminatlar və digər hüquqi məsələlər üzrə ətraflı məsləhətlərlə təmin ediliblər.
Eyni zamanda vəkillər tərəfindən sakinlərə hüquqlarının müdafiəsi yolları, mövcud qanunvericiliyin tətbiqi və hüquqi prosedurlar barədə izahatlar verilib, həmçinin onlara zəruri istiqamətlər üzrə yazılı tövsiyələr təqdim olunub.
Pulsuz hüquqi yardım aksiyası çərçivəsində iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə VK və Şamaxı RİH rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Oxşar xəbərlər
Gürcüstanda soydaşlarımız üçün təmənnasız hüquqi yardım aksiyası keçirilib
Ədliyyə Akademiyası ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Probasiya qeydiyyatında olan şəxslərə pulsuz hüquqi yardım göstərilib
Yevlaxda işçilərin əmək hüquqlarını pozan hüquqi şəxs cərimələnib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
