DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib
Daxili İşlər Nazirliyi “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, iyunun 14-də ümumtəhsil müəssisələrində “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə təşkili və keçirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görüləcək.
Tədbirlərin keçiriləcəyi məktəblərin ətrafında polis naryad qruplarının sayı artırılacaq, ictimai asayişin qorunması və məzunların avtomobillərlə hərəkəti zamanı qayda pozuntularının qarşısının alınması məqsədilə nəzarət gücləndiriləcək.
Yollarda süni tıxacların yaranmaması, dayanma-durma və parklanma qaydalarına əməl olunması üçün DYP əməkdaşları gücləndirilmiş rejimdə çalışacaq:
"Bütün məzunları bu əlamətdar gün münasibətilə təbrik edirik.
Valideynlərə çağırış edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil idarə etməyə icazə verməsinlər.
Məzunları isə ictimai davranış qaydalarına ciddi riayət etməyə və sevincli günlərini təhlükəsiz şəkildə keçirməyə səsləyirik".
Oxşar xəbərlər
DİN: Bayram günlərində ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq
Bayram günlərində daxili işlər orqanları gücləndirilmiş rejimdə işləyəcək
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Qərb bölgəsində yollarda buzlaşmaya qarşı tədbirlər görülür
DYP azyaşlı övladlarına avtomobil həvalə edən valideynlərə xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








