Polis bayramda gücləndirilmiş rejimdə çalışacaq  - VİDEO
sizinxeber.az xəbər saytı

Polis bayramda gücləndirilmiş rejimdə çalışacaq - VİDEO


Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər:

"Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq.

Respublika ərazisində avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən profilaktik-maarifləndirmə tədbirləri genişləndiriləcək. Hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq".

Oxşar xəbərlər

Polis hərəkətin intensiv olduğu yollarda gücləndirilmiş rejimdə çalışır - VİDEO
DYP Novruz bayramı ilə əlaqədar gücləndirilmiş rejimdə çalışacaq
Bayram günlərində polis gücləndirilmiş rejimdə xidmət edəcək
DİN-in müşavirəsində növbədənkənar prezident seçkilərində seçki hüququ ilə bağlı müzakirə aparılıb
Yeni il şənliklərində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər