Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisi kəsiləcək
sizinxeber.az xəbər saytı

Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisi kəsiləcək


Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, Azərbaycan Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinə ötürülməsi əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Belə ki, 10 mart 2025-ci il tarixində 110/35/10 kilovoltluq "Naxçıvan" yarımstansiyasından qidalanan ərazilərdə saat 10:00-dan 13:00-dək, 110/35/10 kilovoltluq "Xalçaçılıq" yarımstansiyasından qidalanan ərazilərdə 15:00-dan 17:00-dək, 110/10 kilovoltluq "Koroğlu" yarımstansiyasından qidalanan ərazilərdə isə saat 17:00-dan 18:00-a dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.

Oxşar xəbərlər

Naxçıvan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq
Naxçıvanın bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq 
Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq
Naxçıvanın bəzi ərazilərində işıq kəsiləcək
Lənkəranda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle