Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında paylaşım edilib.
"Sizinxeber.az" xəbər verir ki, paylaşımda deyilir:
"10 may müasir Azərbaycanın qurucusu, müstəqil Azərbaycanın inkişaf yolunun müəyyənləşdirilməsində müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Azərbaycanın suverenliyinə, müstəqilliyinin dönməzliyinə və dövlətçilik ənənələrinin davamlı inkişafına sarsılmaz inam bəsləyən Ulu Öndərin müəyyən etdiyi strateji kurs, o cümlədən müstəqil və praqmatik xarici siyasət xətti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Xalqımızın tərəqqisi, dövlətimizin güclənməsi və Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutması naminə əvəzsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik".
10 may müasir Azərbaycanın qurucusu, müstəqil Azərbaycanın inkişaf yolunun müəyyənləşdirilməsində müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) May 9, 2026
Azərbaycanın suverenliyinə, müstəqilliyinin dönməzliyinə və… pic.twitter.com/ZqECcFc3v6
Oxşar xəbərlər
Ceyhun Bayramov: Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədiliyinə hər zaman sarsılmaz inam bəsləyib
Azərbaycanın Belarusdakı səfirliyi Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
