Quba-Xınalıq yolunda baş vermiş uçqunun nəticələri aradan qaldırılacaq
sizinxeber.az xəbər saytı

Quba-Xınalıq yolunda baş vermiş uçqunun nəticələri aradan qaldırılacaq


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Quba, Qusar, Xaçmaz və Şabranda avtomobil yolları təmir ediləcək.

"Report"un xəbərinə görə, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib.

Qeyd edilib ki, AAYDA tərəfindən Quba–İspik–Xınalıq yolunun 30-cu km-də baş vermiş uçqunun nəticələrinin aradan qaldırılması, Quba–Qonaqkənd–Muçu yolunun 40–42-ci kilometrliyində baş vermiş çökmə, qabarma və sürüşmənin nəticələrinin aradan qaldırılması, Yerfi–Adur yolunun yararsız vəziyyətə düşmüş çınqıl örtüyünün yenilənməsi, diametri 300 və 500 mm-lik, ümumi uzunluğu 81 metr olan suötürücü boruların yenilənməsi və 20-ci km-də Söhüb kəndinin ərazisində yerləşən körpünün giriş-çıxış hissələrinin bərpası, Xaçmaz–Xudat–Yalama yolunun 60-cı km-də yan-yana 3 ədəd borunun çıxışlarının bərpası və 68-ci km-də yolun bərpası, Mollaoba–Qıraqlı yolunun 8-ci km-də yolun bərpası, Həzrə–Muçuq yolunun 4-cü km-də körpünün girişinin bərpası və s. işlər həyata keçiriləcək.

Oxşar xəbərlər

Sabunçuda daxili kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq
AAYDA mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpüyə baxış keçirəcək - YENİLƏNİB
Bakının 4 rayonunda sel və daşqınların təhlükəsizliyi ilə əlaqədər istinad divarları tikiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər