TDT ölkələrinin imtahan mərkəzləri arasında Niyyət Protokolu imzalanıb
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin imtahan mərkəzləri arasında təhsildə qiymətləndirmə və imtahanların təşkili sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı Niyyət Protokolu imzalanıb.
"Sizinxeber.az" xəbər verir ki, imzalanma Dövlət İmtahan Mərkəzi ilə yanaşı, Qazaxıstanın Milli Test Mərkəzi, Qırğızıstanın Təhsilin Keyfiyyətinin İnkişafı Departamenti, Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi və Özbəkistanın Bilik və Bacarıqların Qiymətləndirilməsi Agentliyi arasında olub.
Sənəd türk dövlətləri arasında uzunmüddətli institusional əməkdaşlığın gücləndirilməsi və strateji tərəfdaşlığın formalaşdırılması niyyətini əks etdirir.
Protokol çərçivəsində tərəflər birgə tədbirlərin təşkili, potensialın gücləndirilməsi və bilik mübadiləsi, imtahan sistemlərinin rəqəmsal transformasiyası, müasir qiymətləndirmə platformalarının inkişafı, test tapşırıqlarının hazırlanması və nəticələrin qiymətləndirilməsində süni intellekt və digər innovativ texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsi aparacaqlar.
Eyni zamanda elmi əsaslara və beynəlxalq təcrübəyə uyğun dil qiymətləndirmə alətlərinin hazırlanması və tətbiqi, türk dillərinin təşviqi istiqamətində əməkdaşlıq nəzərdə tutulur.
Qeyd edək ki, Niyyət Protokolu imzalandığı tarixdən qüvvəyə minir və 5 il müddətində etibarlı olacaq.
Oxşar xəbərlər
Şuşada “Türktransplant”ın təsis edilməsinə dair niyyət protokolu imzalanıb - YENİLƏNİB
Azərbaycan və Gürcüstan dövlət imtahan mərkəzləri arasında memorandum imzalanıb
Bu gün DİM qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı təşkil edəcək
Maliyyə Nazirliyi və Hesablama Palatasının qurumları əməkdaşlıq protokolu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq
