Azərbaycan və Gürcüstan dövlət imtahan mərkəzləri arasında memorandum imzalanıb
Dövlət İmtahan Mərkəzi ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Sizinxeber.az xəbər verir ki, imzalanma mərasimində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin direktoru Nino Tsereteli və digər rəhbər şəxslər iştirak ediblər.
Qonaqları salamlayan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Mərkəz tərəfindən həyata keçirilən işlər haqqında danışıb:
“Bizim sistem bütün növ imtahanlar üçün xüsusi olaraq yaradılmış avadanlıq, proqram təminatı və metodologiyanı özündə birləşdirən, dəqiq işləyən mexanizmdir. Biz beynəlxalq standartlar əsasında qiymətləndirmə aparmaqla Azərbaycanda təhsil və dövlət idarəetməsi xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə veririk".
MQİM-in direktoru Nino Tsereteli DİM-in fəaliyyəti ilə yaxından tanış olmaq üçün yaradılmış imkana görə öz təşəkkürünü bildirib və burada tətbiq olunan innovativ həllərin onların fəaliyyəti üçün də faydalı ola biləcəyini qeyd edib.
Qurumlar arasında ilk dəfə 2020-ci ildə imzalanmış Azərbaycan və gürcü dillərində dilin qiymətləndirmə alətlərinin hazırlanması və təkmilləşdirilməsinə dair anlaşma memorandumu çərçivəsində aparılmış işlərdən məmnunluq ifadə olunub, yeni əməkdaşlıq istiqamətlərinin nəzərdə tutulduğu memorandum imzalanıb.
Oxşar xəbərlər
Məleykə Abbaszadə: Bayram günlərindən sonra imtahan qrafikinin paylaşılması nəzərdə tutulur
Məleykə Abbaszadə: Yaxın gələcəkdə imtahanlar rəqəmsal formada keçiriləcək
Qiymətləndirmə fəaliyyəti üçün ixtisas imtahanı keçirilib
Məleykə Abbaszadə: Gələn il buraxılış imtahanlarında 46 şəhid övladı iştirak edəcək
Məleykə Abbaszadə: Bu il ali məktəblərə qəbul olan subbakalavrların sayı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













