Ramin Məmmədov Hacıqabulda vətəndaş qəbulu keçirəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Hacıqabulda vətəndaş qəbulu keçirəcək.
Dövlət qurumundan "Report"a verilən məlumata görə, avqustun 4-də təşkil ediləcək qəbula Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşlar qatıla bilərlər.
Qəbul saat 11:00-da Hacıqabul Rayon Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 40) keçiriləcək.
Bildirilib ki, Dini Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinə (Əlaqə vasitələri: (021) 215 21 30, (070) 220 00 20, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.
Oxşar xəbərlər
Dini Komitənin sədri Zərdabda vətəndaş qəbulu keçirəcək
Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edəcək
Ramin Məmmədov Siyəzəndə vətəndaşları qəbul edəcək
Ramin Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













