Naxçıvanda Çanaqqala Zəfərinin 111-ci ildönümü qeyd olunub
sizinxeber.az xəbər saytı

Naxçıvanda Çanaqqala Zəfərinin 111-ci ildönümü qeyd olunub


Naxçıvan şəhərində 18 Mart – Çanaqqala Zəfərinin 111-ci ildönümü münasibətilə tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvanın Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Xarici İşlər Nazirliyinin (XİN) muxtar respublikadakı İdarəsinin rəisi Vüsal Ələkbərli, digər rəsmi şəxslər, hərbçilər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Mərasimdə Çanaqqala savaşında, eyni zamanda Aəzrbaycan ərazilərinin azadlığı uğrunda çanlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Sonra türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyulub, şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr oxunub, dualar edilib.

Sonra Naxçıvanda təhsil alan türkiyəli tələbələrin ifasında bədii kompozisiya təqdim olunub.

Oxşar xəbərlər

Naxçıvanda Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı tədbir keçirilib
Naxçıvanda Çanaqqala Zəfərinin 110-cu ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Sumqayıtda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Aran zonasında Anım Günü ilə bağlı tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər