Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Azərbaycan səfiri acarıstanlı nazirlə mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan səfiri acarıstanlı nazirlə mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın Acarıstan Muxtar Respublikasının mədəniyyət naziri Elisso Bolkvadze ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə regionun Mədəniyyət Nazirliyinin mətbuat xidməti bildirib.

“Acarıstanın mədəniyyət naziri Elisso Bolkvadze Azərbaycan Respublikasının Gürcüstandakı səfiri, habelə Batumidəki baş konsul Fuad Əzizovu qəbul edib”, – qurumun sosial şəbəkə hesabında qeyd olunub. Görüşdə həmçinin nazir müavinləri – Lado Mqaloblişvili, Badri Nakaşidze və İrma Abuladzenin iştirak etdiyi vurğulanıb.

Tərəflər Azərbaycan – Gürcüstan münasibətləri, mədəni əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin gerçəkləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, ötən ay Faiq Quliyev Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə strateji tərəfdaşlığı müzakirə etmişdi.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !