Attestasiyanın müəyyən etdiyi ehtiyaclara uyğun təlimlərə başlanılır
- 1-05-2025, 19:00
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 1 507
Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş attestasiya nəticələrinə əsasən 100-dən çox şəxs müvafiq ixtisaslar üzrə təlimlərə cəlb olunub.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən bildirilib.
Təlimlər Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunub.
Attestasiyanın nəticələrinə müvafiq olaraq keçirilən təlim prosesi V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət, R.Behbudov adına 2 nömrəli onbirillik və Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəblərində 2 ay müddətində həyata keçiriləcək.
Təlimlərin ilk günündə MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov təlim iştirakçıları ilə görüşərək, dərs qrafiki ilə bağlı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Sözügedən təlimlərin əsas məqsədinin təhsilverənlərin nəzəri və praktiki biliklərinin artırılması, onların müasir tədris metodlarına yiyələnməsi, həmçinin peşəkar fəaliyyətlərində daha da səmərəli nəticələr əldə etmələrinə dəstək olduğunu vurğulayıb.
Təlim proqramları attestasiya komissiyalarının müəyyən etdiyi təlim ehtiyaclarına əsaslanaraq tərtib edilib. Bu proqramlar fortepiano, musiqi tarixi və nəzəriyyəsi istiqamətləri üzrə iştirakçıların təkmilləşməsi və inkişafına yönəldilib. Təlimlər pedaqoji təcrübəyə malik peşəkar müəllimlər və mütəxəssislər tərəfindən aparılır.
Qeyd edək ki, musiqi və incəsənət məktəblərinin müəllimlərinin attestasiya prosesində attestasiya komissiyası tərəfindən müvafiq olaraq 3 əleyhinə, 2 lehinə səslə qiymətləndirilən təhsilverənlər təlimlərə cəlb olunmaqla onlara yenidən şans yaradılacaq. Belə ki, bu şəxslər müəllimlərin işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələsindən uğurlu nəticə əldə etməklə yenidən məktəblərdə işləyə bilərlər.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />