Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri caz konserti ilə başa çatıb
Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri Elbəy Məmmədzadə və qrupunun təqdimatında caz konserti ilə başa çatıb.
“Sizinxeber.az”un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, Qırğızıstan Milli Konservatoriyasında keçirilən bağlanış konsertində Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov, qırğızıstanlı həmkarı Timurlan Ajımaliyev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, hər iki ölkənin mədəni-ictimai xadimləri və media mənsubları iştirak ediblər.
Hər iki ölkənin mədəniyyət nazirlərinin müavinləri çıxış edərək beş gün davam edən Azərbaycan Mədəniyyəti Günlərinin yüksək səviyyədə təşkilindən, qırğız ictimaiyyəti tərəfindən göstərilən maraq və diqqətdən söz açıblar.
Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov da, öz növbəsində mədəniyyət günlərinin təşkil edilməsinin faydalı tərəflərindən danışıb.
Çıxışların ardınca Elbəy Məmmədzadə və qrupunun iştirakı ilə caz konserti nümayiş olunub.
Qrup yerli və xarici caz nömrələri ilə rəngarəng proqram təqdim edib.
Bununla da aprelin 20-dən başlayan Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başa çatıb.
Oxşar xəbərlər
Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilir
Qırğızıstanlı nazir: Azərbaycanla mədəni-humanitar yaxınlıq bundan sonra da inkişaf edəcək
Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB
Astanada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Qırğızıstan Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
