Qırğızıstanlı nazir: Azərbaycanla mədəni-humanitar yaxınlıq bundan sonra da inkişaf edəcək
sizinxeber.az xəbər saytı

Qırğızıstanlı nazir: Azərbaycanla mədəni-humanitar yaxınlıq bundan sonra da inkişaf edəcək


Qırğızıstandan keçirilən Azərbaycan Mədəniyyət Günləri iki ölkə arasındakı dostluq münasibətlərinin növbəti göstəricisidir.

“Report”un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetaliyev ölkənin Milli Filarmoniyasında keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin açılışında deyib.

Nazir ötən il Bakıda keçirilən Qırğızıstan Mədəniyyəti Günlərini xatırladıb:

“Mədəniyyət Günlərinin keçirilməsi xalqların bir-birini daha yaxından tanıması üçün əhəmiyyətlidir”.

Mirbek Mambetaliyev iki ölkənin mədəni-humanitar yaxınlığının bundan sonra da inkişaf edəcəyindən əmin olduğunu diqqətə çatdırıb.

Nazir Qırğızıstan Prezidenti Sadır Japarovun ötən ilin aprelində Bakıya səfərinə də toxunub.

Oxşar xəbərlər

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Qətər Mədəniyyəti Günləri mədəni əlaqələrin inkişafına töhfə verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lyubimova: Rusiya Azərbaycanla mədəni əməkdaşlığı möhkəmləndirməyi hədəfləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər