Mədəniyyət naziri “Yaradıcı Azərbaycan” layihəsi ilə bağlı çağırış edib
sizinxeber.az xəbər saytı

Mədəniyyət naziri “Yaradıcı Azərbaycan” layihəsi ilə bağlı çağırış edib


Mədəniyyət naziri Adil Kərimli “Yaradıcı Azərbaycan” layihəsi ilə bağlı ali təhsil müəssisələrinə və biznes subyektlərinə müraciət ünvanlayıb.

“Sizinxeber.az”un məlumatına görə, nazir “Yaradıcı Azərbaycan” mədəni və yaradıcı sənayelərə dair xüsusi təqdimat zamanı bildirib ki, layihənin rezidentləri sırasında tələbələr də var.

“Məhz bu tələbələr üçün, onların yaradıcı potensialının dəyərləndirilməsi üçün ali təhsil müəssisələrinin xüsusi fəallığı lazımdır. Eləcə də bu istiqamətdə biznes subyektlərindən də müəyyən addım gözləyirik”.

Qeyd edək ki, “Yaradıcı Azərbaycan” layihəsi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılan bir təşəbbüsdür və ölkənin mədəni və yaradıcı sənayelərinin inkişafına yönəlib.

Layihənin əsas məqsədi Azərbaycanın yaradıcı potensialını üzə çıxarmaq və onu qlobal bazara çıxarmaqdır. Bu sahələrə kino, animasiya, oyunlar, moda, musiqi, cultech və digər yaradıcı istiqamətlər daxildir.

Oxşar xəbərlər

Mədəni və yaradıcı sənaye sahələri ilə bağlı təsnifat siyahısı hökumətə təqdim olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət və yaradıcı sənayelər üzrə xaricdə təhsil üçün sənəd qəbulu davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir yaradıcı birliklərə sədrlik məsələsində yaş amilinə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda növbəti “Yaradıcı Həftə” keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər