Lyubimova: Rusiya Azərbaycanla mədəni əməkdaşlığı möhkəmləndirməyi hədəfləyir
Rusiya Azərbaycanla mədəni əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova deyib.
"Rusiya ilə Azərbaycan arasında mədəni əməkdaşlıq möhkəm ənənələrə və çoxillik qarşılıqlı fəaliyyətə əsaslanır. Biz mədəniyyət müəssisələrimiz və yaradıcı kollektivlərimiz arasında əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirərək, onu daha da inkişaf etdirməyə çalışırıq", - Lyubimova bildirib.
Nazir ölkələrimiz arasında çoxillik mədəni əlaqələrin önəmini qeyd edib. O, 2024-cü ildə Bakıda Rusiya Mədəniyyəti Günlərinin keçirildiyini xatırladıb. Bundan başqa, Rusiya nümayəndə heyəti Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib. Bu forum çərçivəsində Rusiyada Azərbaycan Mədəniyyəti Günlərinin hazırlanması və Azərbaycanda Rusiya Kino Günlərinin təşkili ilə bağlı razılıqlar əldə olunub.
Mətbuat xidmətinin məlumatına görə, Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev mədəni dialoqun fəal şəkildə inkişafına görə nazirə təşəkkürünü bildirib və Azərbaycan tərəfinin təşəbbüslərin həyata keçirilməsi üzrə birgə gələcək işlərdə maraqlı olduğunu təsdiqləyib.
Oxşar xəbərlər
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Latviya EUNIC üzvləri ilə Azərbaycan arasında mədəni əməkdaşlığı inkişaf etdirmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: “Rusiya ilə təcrübə mübadiləsi fəaliyyətimizin təşkilində mühüm rol oynayıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Ukrayna Kino Günləri keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












