Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
sizinxeber.az xəbər saytı

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlayır


Bu gündən Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.

“Report”un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, Qırğızıstanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən tədbirlə bağlı Azərbaycanın incəsənət ustaları, ədəbiyyat və mədəniyyət xadimləri, bədii kollektivlər, yazarlar və media təmsilçiləri Bişkekə səfər ediblər.

21-25 apreldə baş tutacaq mədəni silsilədə Qırğızıstanın paytaxtının aparıcı mədəniyyət və təhsil müəssisələrində sərgilər, konsertlər, kitab təqdimatı, ustad dərsi və digər tədbirlər təşkil olunacaq.

Məqsəd Azərbaycan və qırğız xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərləri, əsrlərdir, davam edən ədəbiyyat və sənət mübadiləsini birləşdirməkdir.

Qeyd edək ki, ötən ilin 23-26 aprelində Azərbaycanda da Qırğız Mədəniyyəti Günləri keçirilib.

Oxşar xəbərlər

Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir - FOTO
Astanada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri təşkil ediləcək
Nazir: Qətər Mədəniyyəti Günləri mədəni əlaqələrin inkişafına töhfə verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər