Görkəmli pedaqoq, alim Əzizağa Quliyev dünyasını dəyişib
Azərbaycan səhnə danışığı sənətinin banilərindən olan görkəmli pedaqoq, alim Əzizağa Quliyev dünyasını dəyişib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov sosial şəbəkədəki hesabında yazıb.
"Əzizağa Quliyev Azərbaycan səhnə danışığının inkişafında çox böyük işlər görüb. Onlarla sənət adamının, aktyor və rejissorların yetişməsində əvəzsiz rol oynayıb", - M.Hətəmov qeyd edib.
Qeyd edək ki, Əzizağa Quliyev 1940-cı ildə doğulub. O, ömrünün 53 ilini ADMİU-da tələbələrə düzgün danışıq tərzi öyrətməklə məşğul olub. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun kino və teatr aktyorluğu şöbəsində təhsil alıb.
1965-1968-ci illərdə o Moskvada səhnə danışığı ixtisası üzrə təhsilini mükəmməlləşdirir. Doğma ali məktəbə qayıdan ümumittifaq səviyyəli gənc mütəxəssis 1968-1990-cı illərdə baş müəllim, 1990-cı ildən etibarən isə dosent kimi fəaliyyət göstərir. 12 il (1989-2001) "Səhnə danışığı" kafedrasına rəhbərlik edib, bu dövrdə beş il (1996-2001) professor vəzifəsində səmərəli elmi-pedoqoji fəaliyyət göstərib.
Oxşar xəbərlər
Azərbaycan səhnə danışığı sənətinin banilərindən Əzizağa Quliyev vəfat edib
BDU-nun dosenti Gülxanım Vəliyeva vəfat edib
Bu gün Xalq artisti Siyavuş Aslanın doğum günüdür
Azər Zeynalov: Şahlar Quliyev Azərbaycan teatrında uğurlu rollar oynayıb
Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












