"Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz" kitabının III cildi təqdim edilib
sizinxeber.az xəbər saytı

"Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz" kitabının III cildi təqdim edilib


"Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz" kitabının III cildi təqdim edilib.

"Report" xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin dəstəyi ilə hazırlanan kitabın təqdimatı "Deportasiyaya uğrayan irsin izi ilə" elmi-praktik konfransda baş tutub.

Konfransda Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.

Qeyd edilib ki, indiki Ermənistan ərazisində Qərbi Azərbaycan torpaqlarında dağıdılmış, adları dəyişdirilmiş, mənimsənilmiş abidələr haqqında fundamental elmi tədqiqatın nəticəsi olan kitab bölgədəki azərbaycanlı izlərini daha aydın göstərməyə imkan verir.

Kitabda müvafiq başlıqlı cədvəllər üzrə Qərbi Azərbaycan torpaqlarında müxtəlif dövrlərdə, xüsusilə 1987-1991-ci illərdə azərbaycanlıların sonuncu deportasiyasından sonra qalan, haqqında az məlumat olan 144 sayda abidənin tarixi, təsnifatı, növü, əhəmiyyəti, mövcud vəziyyəti və onlar haqqında qısa məlumat abidənin təsviri, ölçüləri ilə əlaqədar informasiyalar öz əksini tapıb.

Foto: Samirə Həsənova

Oxşar xəbərlər

İcma: İndiki Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib
İcma sədri: “Qərbi azərbaycanlılara verilən şəxsiyyət vəsiqələrində şəhər və rayonların tarixi adları yazılır"
Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb
Polşa Seyminin rəsmisi qərbi azərbaycanlıların deportasiyaları barədə məlumatlandırılıb
Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmalarına süni əngəllər yaratmamalıdır - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər