Maliyyə naziri mədəniyyət işçilərinin maaşlarının artırılıb-artırılmayacağına münasibət bildirib
“Prezident İlham Əliyev tərəfindən hökumətə tapşırıq verilib ki, büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqının artırılması məsələsinə baxılsın”.
Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
"Bununla əlaqədar dövlət büdcəsində müəyyən vəsait nəzərdə tutulub. Yəqin ki, konkret qərarlar növbəti ildə qəbul ediləcək. Mədəniyyət təşkilatlarının əksəriyyəti dövlət büdcəsindən maliyyələşir. Yəqin ki, bu məsələ onları da əhatə edəcək ", - deyə S.Şərifov bildirib.
Oxşar xəbərlər
Samir Şərifov: Ölkə tarixində 2025-ci ildəki qədər xərclər büdcəsi olmayıb
Nazir: Sosial müavinətlərin növbəti ildə artırılması nəzərdə tutulur
Maliyyə naziri neft qiymətinin büdcədə səbəb ola biləcəyi risklərə aydınlıq gətirib
Nazir: Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub
Gələn il DİN əməkdaşlarının maaşının qaldırılması məsələsinə baxılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













