Animator: "Qeyri-etik cizgi filmləri gərək ekrana çıxarılmasın"
- 31-01-2024, 15:10
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 7 866
Animasiya ilk olaraq uşaqlar üçün olduğundan qeyri-etik cizgi filmlərini ekrana çıxarmaq olmaz.
Bu fikirləri "Report"a müsahibəsində animasiya rejissoru, kino rəssamı, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov deyib.
Animator bildirir ki, hazırda cizgi filmlərinini çox izləmir: "Artıq animasiya filmlərinə baxanda əsəbiləşirəm. İndi o qədər naxələf şeylər çəkirlər ki... Ona görə, o qədər də izləmirəm".
O, həmişə yerli telekanallarda psixoloqun oturmağının vacib olduğunu deyib. E.Axundov hesab edir ki, onlar xarici filmləri efirə verməmişdən əvvəl baxıb, bunların Azərbaycan uşaqlarına necə təsir edəcəyini müəyyənləşdirməlidirlər: "Əgər azərbaycançılıq nöqteyi-nəzərdən bu film yaramırsa, gərək o göstərilməsin. Övladlarımız hələ uşaq yaşlarından azərbaycançılıq ruhunda tərbiyə edilməlidir. Sizi inandırım, indi uşaqlar Azərbaycan dilini o qədər də yaxşı bilmirlər, ingilis, türk və rus dilində danışırlar".
Onun sözlərinə görə, Azərbaycanda animasiya filmləri çəkilmədiyinə görə, uşaqlar xarici istehsal olan cizgi filmlərinə baxmağa məcbur olurlar: "O vaxt senzura vardı, indi yoxdur, amma, gərək daxili senzura olsun da. Bizə milli ənənələri təbliğ edən filmlər lazımdır. Biz bu sahədə çox böyük itkilər veririk. Uşaqlar başqa mədəniyyətə qovuşurlar, Azərbaycan mədəniyyətini, dilini itirirlər. Ona görə də animasiya filmləri təsiredici qüvvədir. Tariximizi, folklorumuzu, dilimizi uşaqlara təbliğ etmək lazımdır".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.


width="220" alt="“İnanırdım ki, azad olunacağıq” - Hüseyn" />
width="220" alt="Azərbaycan lideri: "Biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın"" />
width="220" alt="“Səhvlərə qalsa, gərək deputatların yarısından çoxu...” – Professordan maraqlı açıqlama" />
width="220" alt="Bayram günlərində İTV-nin efirində nələr gözlənilir?" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />