Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün "İlin çəkiliş məkanı" seçilib
Mumbay şəhərində 23-25 oktyabr tarixlərində XI Hindistan Beynəlxalq Film Turizmi Konqresi (IIFTC - India International Film Tourism Conclave) keçirilib.
Mədəniyyət Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, İspaniya, Slovakiya, Norveç və digər ölkələrdən film komissiyalarının yer aldığı tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) də iştirak edib.
Ölkəmizdən “Filmlab.az”, “Filmbridge Azerbaijan”, “CNF” və “Ultra Production” şirkətləri IIFTC-də tədbirə qatılıb.
Builki konqres ölkəmiz üçün xüsusilə yaddaqalan olub. Tədbirin mükafatlandırma mərasimində ilin nəticələrinə əsasən, Azərbaycan Hindistandan rejissor və prodüserlər üçün ilin ən populyar çəkiliş məkanı elan edilib.
IIFTC konqresinin rəhbəri Harşad Bhaqvat çıxışında vurğulayıb ki, son illərdə Azərbaycan ən çox tələb görən çəkiliş məkanlarından birinə çevrilib.
Azərbaycan nümayəndə heyəti tədbirdə ölkə mədəniyyətinin təbliği, yaradıcılıq sahələrinin inkişafına dəstək, həmçinin kino potensialımızın beynəlxalq səviyyədə tanıdılması və yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi məqsədilə bir sıra görüşlər keçirib. Görüşlərdə ölkəmizin həm film çəkilişi məkanı kimi, həm də birgə film istehsal ilə bağlı müzakirələr aparılıb.
Bildirək ki, son iki ildə ölkəmizdə həyata keçirilən "Yaradıcı Azərbaycan" proqramı çərçivəsində müxtəlif layihələrin icrası, Film komissiyasının fəaliyyətinin canlandırılması, xarici istehsalçıların Azərbaycanda çəkilişlərə cəlb olunması yerli kino sənayesinin də inkişafı ilə bağlı əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
"Baku Cinema Breeze" beynəlxalq film festivalının açılışı olub - FOTO
7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub
Azərbaycanda "Baku Cinema Breeze" adlı beynəlxalq festival keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
