

Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
Avqustun 23-dən 28-dək Rusiya Federasiyasının Yaradıcı Sənayelər Agentliyi tərəfindən Moskva Kino Həftəsi təşkil edilib.
Bu barədə Sizinxeber.az-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirin iştirakçı ölkələri arasında ABŞ, Türkiyə, Hindistan, Çin, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan, BƏƏ və digər ölkələr yer alıblar.
Qeyd edək ki, bu layihə beynəlxalq peşəkar kino ictimaiyyəti ilə Rusiya kino sənayesinin liderləri arasında qarşılıqlı əlaqələrin yaradılması üçün əlverişli platforma rolunu oynayır.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini Moskva Kino Həftəsində təmsil edən Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov tədbir çərçivəsində “Yaradıcı iqtisadiyyat” mövzusunda keçirilən panel müzakirələrə qatılıb, çıxışında Azərbaycanda Mədəni və Yaradıcı Sənayelərin (MYS) qrantlar və təhsil proqramları vasitəsilə strateji olaraq inkişafına xüsusi diqqət ayrıldığını vurğulayıb. Bildirib ki, qrant və təhsil proqramları, gənc startapçılara dəstək göstərən Yaradıcı Mərkəzin fəaliyyəti, ölkənin MYS sektorunu gücləndirmək və qlobal səviyyədə mövqeyini yüksəltmək öhdəliyini daşıyır. R.Əzizov həmçinin tədbir çərçivəsində müxtəlif ölkələrin yaradıcı sənaye nümayəndələri ilə görüşlər keçirib.
İlk dəfə keçirilən Moskva Kino Həftəsi çərçivəsində iştirakçılar yaradıcı sənaye sahəsi üzrə müxtəlif ölkələrin aparıcı layihələri ilə tanış olmaq imkanı da əldə ediblər. Tədbirdə 25 ölkədən beynəlxalq kino komissiyalarının nümayəndələri, kino sənayesinin rəhbər şəxsləri və ekspertləri iştirak edib.
Oxşar xəbərlər
Kino Günü qeyd olunacaq
Türkdilli region və dövlətləri birləşdirən yayım platforması yaradıla bilər
Qarşıdakı 3 ildə mədəniyyət sahəsinin rəqəmsallaşdırılması nəzərdə tutulur
"V Müasir Audiovizual Baxış" Mükafatının təqdimetmə mərasimi keçirilib
Azərbaycan startapları Avstriyada investorlara təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
