Sizinxeber.az » Mədəniyyət » Mədəniyyət siyasəti » Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub

Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin 22 iyul 2024-cü il tarixli sərəncamı ilə Özbəkistanın tanınmış estrada müğənnisi, bəstəkar, aktyor Fərrux Zakirov Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

Mədəniyyət Nazirliyindən “Sizinxeber.az”a bildirilib ki, bu il avqustun 6-da isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə görkəmli Azərbaycan bəstəkarı və müğənnisi Polad Bülbüloğlu Özbəkistan Respublikasının Xalq artisti fəxri adı ilə təltif edilib.

Avqustun 22-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddəki Forumlar Sarayında hər iki sənətkara fəxri adların təqdimetmə mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, iki qardaş ölkənin tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli Fərrux Zakirovun təltif edilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamını oxuyub.

Özbəkistan Prezidenti Administrasiyasının nümayəndəsi isə Polad Bülbüloğlunun təltif olunması haqqında Prezident Şavkat Mirziyoyevin Sərəncamını diqqətə çatdırıb.

Sonra fəxri adların nişan və vəsiqələri sahiblərinə təqdim olunub.

Mükafatlandırılan sənətçilər çıxış edərək yaradıcılıqlarına verilən yüksək qiymətə görə qardaş ölkələrin rəhbərlərinə minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkilləri çəkdirilib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !