ARKA-nın baş direktoru: Filmlərin istehsalı üçün çəkilən xərclərin 40 %-ə qədəri geri ödəniləcək - YENİLƏNİB
- 11-07-2025, 16:00
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 9 092
Kino sənayesi inkişaf etmiş ölkələrin Azərbaycanla əməkdaşlığı qaçınılmazdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qərara əsasən, filmlərin istehsalı üçün çəkilmiş xərclərin 40 faizə qədəri geri ödəniləcək:
"Bu proses kino sənayesinin inkişafına böyük təkan verəcək. Təsdiq edilmiş qərar nəticəsində yeni iş yerləri formalaşacaq, mədəni yaradıcı sənayelərin kino sahəsində həcmi artacaq. Geri ödəniləcək xərclərin 25 faizi əsas rebeyt, 15 faizi isə mədəni senzə dair əlavə rebeytdir. Bununla da yerli şirkətlər yüksək keyfiyyətə malik avadanlıqların istehsalına təkan verə biləcək".
O qeyd edib ki, filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsində əsas məqsəd yerli kino sənayesində avadanlıqların daha keyfiyyətli avadanlıqlarla əvəz edilməsinə pul ayıra bilməkdir:
"Rebeyt sistemini həyata keçirə bilmək üçün xarici şirkətlərin mütləq Azərbaycanda tərəfdaşı olmalıdır. Məqsəd yerli şirkətlərin dünya standartlarına çata bilməsinə təkan verməkdir. Həmçinin növbəti 3-5 il ərzində ölkədə çəkilən filmlərin sayının və keyfiyyətinin daha da genişlənməsini hədəfləmişik".
Direktor əlavə edib ki, gələcəkdə bu xidmətlər onlayn formatda həyata keçiriləcək və xarici şirkətlər də müraciət edə biləcək.
O, insan kapitalının formalaşdırılması ilə bağlı qarşıya konkret vəzifələr qoyulduğunu vurğulayıb:
"Qaydalar bütün şirkətlər üçün keçərlidir və bu təşəbbüs nəticəsində ölkə daxilində 7-8 şirkətin yaxşı nəticə göstərəcəyi gözlənilir".


width="220" alt="Baş direktor: Kino istehsal xərclərinin 40%-dək hissəsi geri ödəniləcək" />
width="220" alt="Azərbaycanda kino sənayesi üzrə 7-8 yerli şirkətin ixtisaslaşacağı gözlənilir" />
width="220" alt="Filmlər üzrə qismən geri ödənilə biləcək məbləğin maksimum və minimum həddi müəyyənləşib" />
width="220" alt="Kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />