Azərbaycanda kino sənayesi üzrə 7-8 yerli şirkətin ixtisaslaşacağı gözlənilir
Azərbaycanda kino sənayesinin inkişafı hədəflənir, 7-8 yerli şirkətin ixtisaslaşacağı gözlənilir.
APA xəbər verir ki, bunu filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi ilə bağlı qaydaların təqdimatına həsr olunmuş mətbuat konfransında Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov deyib.
O bildirib ki, Azərbaycan ərazisində xarici filmlərin istehsalı uzun illərdir aparılır və bu sahədə bir sıra böyük layihələr, o cümlədən seriallar həyata keçirilib.
Rəşad Əzizovun sözlərinə görə, hazırda bu istiqamətdə yeni mərhələyə qədəm qoyulur: “Əminik ki, yaxın gələcəkdə istehsalçı şirkətlərin sayı artacaq. İnkişaf etmiş ölkələrin kino sənayesindən maraq daha da yüksələcək. Biz bu sahədə yerli özəl şirkətlərlə sıx əməkdaşlıq edirik və artıq bir neçə şirkət ixtisaslaşıb”.
Agentlik rəhbəri əlavə edib ki, qarşıya insan kapitalının formalaşdırılması ilə bağlı konkret vəzifələr qoyulub. Onun sözlərinə görə, qaydalar bütün şirkətlər üçün keçərlidir və bu təşəbbüs nəticəsində ölkə daxilində 7-8 şirkətin yaxşı nəticə göstərəcəyi gözlənilir:
“Hədəfimiz odur ki, növbəti 3-5 il ərzində ölkədə çəkilən filmlərin miqyası daha da genişlənsin”.
Oxşar xəbərlər
Baş direktor: Kino istehsal xərclərinin 40%-dək hissəsi geri ödəniləcək
AKİ katibi: Dövlətin kino istehsalı üçün ayırdığı vəsait lazımi formada xərclənmir
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilib
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
