Filmlər üzrə qismən geri ödənilə biləcək məbləğin maksimum və minimum həddi müəyyənləşib
- 7-07-2025, 17:00
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 4 259
Bir film üzrə təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi müəyyənləşib.
"Sizinxeber.az" xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarına əsasən, janrından və müddətindən asılı olmayaraq, bir film üzrə təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi 1 milyon ABŞ dolları təşkil edir.
Qeyd olunub ki, ödəniş ABŞ dollarının Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində edilir.
Qismən geri ödənilmə ilə bağlı müraciət edən şəxs xarici filmlər üçün - filmin xarici istehsalçısının Azərbaycanda əməkdaşlıq etdiyi, Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxs və ya xarici film istehsalı xidməti göstərən hüquqi şəxslərin Azərbaycanda qeydiyyatdan keçmiş filialları, birgə istehsal filmləri üçün isə – filmin yerli birgə istehsalçısı olmalıdır.
Barəsində qismən geri ödənilmə üçün müraciət edilən film Azərbaycan qanunvericiliyinə zidd olmamalıdır.
Bundan başqa, filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi üçün minimum məbləğ də açıqlanıb. Belə ki, aşağıdakı əsas şərtlərin hər birinə cavab verən filmlərlə bağlı qismən geri ödənilmə üçün müraciət edilə bilər:
– bədii filmlər üçün - 200 min ABŞ dolları;
– sənədli filmlər üçün - 50 min ABŞ dolları;
– animasiya filmləri üçün - 100 min ABŞ dolları;
– çoxseriyalı film üçün (bir seriyaya görə) - 70 min ABŞ dolları;
– televiziya şouları üçün - 100 min ABŞ dolları;
– reklam üçün - 30 min ABŞ dolları;
– internet video oyunları üçün - 30 min ABŞ dolları;
– yalnız filmin çəkilişinin tamamlanması mərhələsi üçün – 70 min ABŞ dolları.
Qaydaya əsasən, filmin istehsalı mərhələsi üçün xarici filmin istehsalçısının (birgə istehsal filmləri üçün – xarici istehsalçının) müvafiq təqvim ili ərzində Azərbaycanda çəkdiyi təsdiqlənmiş xərclərinin minimum məbləği göstərilən formada olmalıdır.


width="220" alt="Filmlərin istehsalı üçün xərclərin qismən geri ödənilməsi qaydaları müəyyənləşib" />
width="220" alt="Kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />