Baş direktor: Kino istehsal xərclərinin 40%-dək hissəsi geri ödəniləcək
sizinxeber.az xəbər saytı

Baş direktor: Kino istehsal xərclərinin 40%-dək hissəsi geri ödəniləcək


"Azərbaycan kinosuna dövlət dəstəyi genişlənir, istehsal xərclərinin 40%-dək hissəsi geri ödəniləcək".

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov 2025-ci il tarixində Kino Agentliyi tərəfindən "Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi" ilə bağlı media konfransında deyib.

Rəşad Əzizov qeyd edib ki, 2023-2025-ci illər ərzində bu istiqamətdə görülmüş işlər, hüquqi sənədlər və tətbiq olunacaq mexanizmlər ictimaiyyətə təqdim olunub.

ARKA-nın baş direktoru onu da bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 29 may 2025-ci il tarixli 610 nömrəli Sərəncamı və Nazirlər Kabinetinin 4 iyul 2025-ci il tarixli 196 nömrəli Qərarı ilə film istehsalına dövlət dəstəyi mexanizmi təsdiqlənib:

"Yeni sistemə əsasən, Azərbaycan ərazisində istehsal edilən filmlər üzrə çəkilmiş xərclərin 40%-ə qədər hissəsi dövlət tərəfindən geri ödəniləcək. Azərbaycanda çəkilən filmlərin xərclərinin 25%-i geri ödəniləcək . Əlavə mədəniyyət meyarlarına uyğunluq əsasında 15%-ə qədər əlavə ödəniş edilib. Qismən geriödəmə üçün müraciətlər yalnız elektron formada - filmcommission.gov.az portalı vasitəsilə qəbul olunur".

R. Əzizov həmçinin onu da qeyd edib ki, bu təşəbbüs ölkədə film istehsalına investisiyaları artırmaq, beynəlxalq prodüserləri cəlb etmək və yerli kino sənayesinin inkişafını sürətləndirmək məqsədi daşıyır.

Oxşar xəbərlər

Azərbaycanda kino sənayesi üzrə 7-8 yerli şirkətin ixtisaslaşacağı gözlənilir
Kino Agentliyi ilə Moldova Milli Kino Mərkəzi arasında memorandum imzalanıb
Filmlərin istehsalı üçün xərclərin qismən geri ödənilməsi qaydaları müəyyənləşib
AKİ katibi: Dövlətin kino istehsalı üçün ayırdığı vəsait lazımi formada xərclənmir
Rejissor Elxan Cəfərov ARKA-ya müşavir təyin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər