Zahid Oruc: “İrəvan xanlığının mətbəxi” kitabı mədəni sərvətlərin pasportudur
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri azərbaycanlıların mədəni sərvətlərinin pasportudur.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşrinin təqdimatı mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan mətbəxi milli kimliyin və mədəni irsin daşıyıcısıdır:
"Bu kitab təkcə bir regionun yaşam tərzini deyil, həm də unudulmaqda olan tarixi-mədəni yaddaşın bərpası, azərbaycanlıların əsrlərlə yaşadığı tarixi yurd yerlərinin mənəvi-mədəni xəritəsinin yenidən yaradılması deməkdir. Tədqiqatçılar soydaşlarımızın ailə yaddaşına əsaslanan məlumatlardan, arxiv sənədlərdən və müxtəlif qaynaqlardan ibarət ensiklopediya yaradıblar".
Deputat qeyd edib ki, Vətən müharibəsi savaşa son qoyub, lakin Ermənistan-Azərbaycan qastronomiya cəbhəsində tam və qəti nəticə əldə edilməyib.
"Azərbaycan milli mətbəxini oğurlamaq ermənilərin ərazi və torpaq iddiaları qədər olub", - o vurğulayıb.
Oxşar xəbərlər
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olunub - FOTO
Assosiasiya rəhbəri: “İrəvan xanlığının mətbəxi” kitabında 413 yemək haqqında məlumat verilib
Qivami Rəhimli: Ermənilərin mənimsədiyi "abidələrimizdən" biri də mətbəximizdir
Zahid Oruc: "Sərhədlərin açılması məsələsində əhalimizlə açıq danışmalıyıq"
İcma: İrəvan Qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin öz yerini alması baxımından əhəmiyyətli addımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
