Sizinxeber.az » İqtisadiyyat » Sənaye və energetika » BP Azərbaycanın ölkə kimi yaranışına həsr olunmuş iki kitabı ictimaiyyətə təqdim edib - FOTO

BP Azərbaycanın ölkə kimi yaranışına həsr olunmuş iki kitabı ictimaiyyətə təqdim edib - FOTO

Böyük Britaniyanın BP şirkəti Azərbaycanın bir ölkə kimi yaranışının araşdırılmasına həsr olunmuş iki geniş əhatəli tədqiqat kitabını ictimaiyyətə təqdim edib.

"APA-Economics" xəbər verir ki, “Azərbaycan. Tarixi-coğrafi atlas” və “Azərbaycan. Tarixi-etnoqrafik atlas” adlanan bu kitablarda ilk dəfə olaraq qədim və orta əsrlərə aid coğrafi xəritələrin tarixi və etno-mədəni təhlili elmi araşdırma mətnləri ilə müşaiyət olunur. Xəritələrin bu elmi təsvirləri Azərbaycanın qədim dövlət kimi formalaşmasını əks etdirən tarixi faktlar və sübutlara əsaslanır.

Ümumilikdə 564 səhifədən ibarət bu kitablar daha geniş oxucu kütləsini əhatə etmək məqsədilə iki dildə - Azərbaycan və ingilis dillərində nəşr edilib.

Kitabın müəllifi tanınmış alim, görkəmli ictimai və dövlət xadimi, tarix elmləri doktoru, professor Həsən Həsənovdur.

“Bu layihəyə dəstək verməklə biz ölkənin tarixi əhəmiyyətinin və bütün regionun inkişafındakı rolunun daha geniş şəkildə anlaşılmasına töhfə vermək niyyətindəyik. Bu mühüm tədqiqat işi Azərbaycan adlanan bu qədim torpağın tarixinin zənginliyinə və rəngarəngliyinə, eləcə də bu qədim sivilizasiyanın — Azərbaycan türklərinin — tarixi və mədəni irsinin möhtəşəmliyinə daha bir sübutdur. İnanırıq ki, bu kitablar regionun tarixi inkişafı ilə maraqlanan alimlər, tədqiqatçılar və geniş oxucu kütləsi üçün dəyərli bir mənbə olacaq", - təqdimat zamanı BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib.

Qeyd edək ki, layihənin dəyəri 178540 AZN (105000 ABŞ dolları) təşkil edib.

Xatırladaq ki, Azərbaycanda fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərclənilib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !