Yeddi ölkənin gəncləri Ağdama səfər edib
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumunda iştirak edən nümayəndə heyəti iyunun 30-da Ağdam şəhərinə yollanıb.
Bu barədə “Report”a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, 7 ölkədən 100-dən artıq nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olub.
Ekskursiya çərçivəsində qonaqlar Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi və tarixi Ağdam Cümə Məscidini ziyarət ediblər. Nümayəndələr şəhərin keçmişi və yenidən qurulan gələcəyi barədə ətraflı məlumat əldə ediblər.
Səfərin sonunda iştirakçılar üçün Azərbaycan mədəniyyətini əks etdirən ziyafət və mədəni-əyləncəli proqram təşkil olunub.
Qeyd edək ki, İƏT Həftəsi çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu regionda gənclərin regional siyasətdə rolunu artırmaq və onların gələcək nəsillər üçün verdiyi töhfələri tanıtmaq baxımından mühüm platforma olacaq.
Oxşar xəbərlər
Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu keçiriləcək
“Qarabağ” klubunun üzvlərinin işğaldan azad olunmuş bölgələrə səfəri başa çatıb
Türkiyə ticarət nazirinin müavini Ağdam Sənaye Parkında olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
