Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu keçiriləcək
İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq “İƏT Həftəsi” çərçivəsində Ağdam şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu keçiriləcək.
“Sizinxeber.az” xəbər verir ki, forumun əsas məqsədi gənclərin İƏT regionunun gələcəyinin qurulmasında iştirakını gücləndirmək və onların ideyalarını təşkilatın yeni inkişaf strategiyasına daxil etməkdir.
Tədbir gənclərin dayanıqlı inkişaf, iqtisadi inteqrasiya və innovasiya sahələrində fəal rolunu təşviq edəcək, həmçinin onların qərarqəbuletmə proseslərinə cəlb olunmasına töhfə verəcək. Forumda iqtisadi və ticarət əməkdaşlığı, dayanıqlılıq və texnologiya, insan kapitalı və digər mövzular müzakirə olunacaq.
Forum habelə gənclərin regional siyasətdə rolunu artırmaq və onların gələcək nəsillər üçün verdiyi töhfələri tanıtmaq baxımından mühüm platforma olacaq.
Oxşar xəbərlər
COP29: Gənclər iqlim gündəliklərinin inkişafında yeni perspektivlər açır
Bakıda Beynəlxalq Aqrar İnnovasiya Forumu təşkil olunacaq
Növbəti CAREC forumu Almatıda keçiriləcək
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
KOBİA: Türk dövlətlərinin ticari-iqtisadi əlaqələrini daha da gücləndirmək mümkündür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
