“Qarabağ” klubunun üzvlərinin işğaldan azad olunmuş bölgələrə səfəri başa çatıb
sizinxeber.az xəbər saytı

“Qarabağ” klubunun üzvlərinin işğaldan azad olunmuş bölgələrə səfəri başa çatıb


“Qarabağ” klubunun futbolçuları, məşqçi heyəti və rəsmilərinin işğaldan azad olunmuş bölgələrə səfəri başa çatıb.

“Report”un bölgəyə ezam olunan əməkdaşının məlumatına görə, Ağdam komandasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində sonuncu görüş Füzulidə gerçəkləşib.

Əvvəlcə şəhərin mərkəzində sakinlərlə görüş təşkil edilib. Ardınca Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəblə tanışlıq olub.

Qeyd edək ki, "Qarabağ" klubunun üzvləri bundan öncə Şuşada şəhər sakinləri, Şuşa 1 saylı tam orta məktəbin şagirdləri, Xankəndidə Qarabağ Univetsitetinin tələbələri ilə görüşüblər. Kollektiv daha sonra Ağdama səfər edib. Onlar burada İmarət Kompleksində gedən işlərlə tanış olub, Ağdam Cümə məscidinə baş çəkiblər.

Oxşar xəbərlər

"Qarabağ"ın üzvləri Xankəndi şəhərinə səfər ediblər
Qurban Qurbanov: "Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
"Qarabağ"ın futbolçusu: "İşğaldan azad olunmuş torpaqlara səfərimizi şəhidlərimizə və qazilərimizə borcluyuq"
Nazirlik rəsmisi: "Qarabağ" klubunun işğaldan azad olunmuş ərazilərə səfəri gənclər və uşaqlar üçün hədiyyədir"
"Qarabağ" klubunun üzvləri Şuşada sakinlərlə görüşüblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle